Cəlilabadda İkinci Dünya müharibəsi iştirakçıları ilə görüş olub

Cəlilabadda İkinci Dünya müharibəsi iştirakçıları ilə görüş olub

Cəlilabad rayonunda İkinci Dünya müharibəsinin iştirakçıları ilə görüş olub.

"Report"un Muğan bürosunun məlumatına görə, İkinci Dünya müharibəsində Cəlilabad rayonundan olan iştirakçılarından 4 nəfəri hazırda sağdır.

Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayonun Gənclər və İdman İdarəsinin rəsmiləri iştirak edib.

İlk görüş Göytəpə şəhərində 95 yaşlı Məhərrəm Bağırovla olub.

Daha sonra Cəlilabad şəhərində 96 yaşlı Qulu Ağayevlə, Qarazəncir kəndində 95 yaşlı Heydər Əliyevlə və Astanlı kənd sakini 98 yaşlı Əbiş Zeynalovla görüş keçirilib.

Görüş zamanı müharibə veteranları ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını heç vaxt unutmadıqlarını xatırlayaraq, ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Mənbə: report.az