Şəhidin cənnətdəki yaşı - VİDEO

Şəhidin cənnətdəki yaşı - VİDEO

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir.

Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Bu gün isə tarixə çevrilmiş qəhrəmanlarımızdan biri Şəhid Səbuhi Sadıqovun doğum günüdür. Yaşasaydı ömrünün 25-ci ilini tamamlayacaqdı. Əslən Fuzuli rayonundan olan qəhrəmanımız Biləsuvarda doğulub, kiçik yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Amma hər zaman Füzulidə yaşamağı arzu etmişdi. Bu arzularla o kiçik yaşlarından idmanla məşğul olur, zaman keçdikcə təcrübəli idmançı kimi bir çox yarışlarda birincilik qazanaraq Bayrağımızı dəfələrlə ön sıralara qaldırır. Dünya Çempionatında professional kəmər uğrunda mübarizə aparan Səbuhi qara kəmər qazanıb. Bununla yanaşı şəxsi idman klubunu yaradaraq çoxlu sayda özü kimi tələbələr yetişdirir.
28 sentyabr 2020 – ci ildə Vətən müharibəsində könüllü olaraq döyüşə yollanan qəhrəmanımız Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı kimi Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edir və Laçında şəhadətinə qovuşur. Noyabrın 5-də öz vəsiyyəti ilə Füzuli rayonunun Əhmədbəyli kənd qəbirstanliginda dəfn olunur.

Səbuhi Sadıqov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə, "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. İndi o hər kəsin dostu,qardaşı,qəhrəmanıdır.Onu tanıyanların söhbətinə sakitcə qulaq asmaq olmur. Bu söhbətlər insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular oyadır. İyirmi beş yaşlı qəhrəmanın ruhu qarşısında istər-istəməz baş əyirsən.

REAL

 

Mənbə: www.realtv.az