Bu gün Rusiya sülhməramlıları Xankəndində hərbi parad keçirməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi tərəfindən məlumat yayılıb. Xankəndidə sadəcə II Dünya Müharibəsində qələbənin 76-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı komandiri, general-leytenant Rüstəm Muradov tədbirdə çıxış edib.
Qeyd edək ki, Xankəndində hərbi parad keçirilməsi haqqında xəbərlər Azərbaycan cəmiyyətində ciddi reaksiya doğurmuşdu.
Aliyə İlyasova, Bizim Media
Mənbə: bizim.media