Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)

Bakı. Trend:

Xəzər rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır.

Ramazan bayramı münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilmiş və onlara bayram sovqatları paylanılmışdır.

Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək, əlamətdar günlərdə yad olunmalarını razılıq hissi ilə qarşılayıblar.

Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.

 

 

 

 

 

 

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan Baydenlə bu məsələləri müzakirə edəcək

SONRAKI XƏBƏR

Vətən müharibəsinin şəhidi II Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB