Türkiyəyə növbəti partiya “Sinovac” vaksini gətirildi

Türkiyədə COVID-19-la mübarizə tədbirləri çərçivəsində kütləvi peyvəndləmə davam etdirilir. Vaksinləşmə əsasən Çindən alınan “Sinovac” vaksini ilə aparılır. Mayın 12-də “Sinovac” peyvəndinin növbəti hissəsi Türkiyəyə gətirilib. Hökumət 100 milyon “Sinovac” vaksini almaq üçün anlaşma imzalayıb. Bundan başqa, istehsalçı şirkət “Sinovac” vaksininin Türkiyədə tədarük edilməsi ilə bağlı lisenziya verib.

Səhiyyə naziri Fahrettin Koca bildirib ki, mayın 13-dən etibarən yaşından asılı olmayaraq tibb işçilərinin həyat yoldaşlarının da peyvəndlənməsinə başlanılacaq.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Buffon "Yuventus"dan gedir - özü açıqladı

SONRAKI XƏBƏR

Şuşada yeni tikilən məscid belə olacaq - FOTOLAR