Alkoqol insan beynini qurudur

Amerikalı nevrologlar alkoqolun əvvəllər düşünüldüyü kimi, təkcə qaraciyərdə deyil, birbaşa beyində oksidləşdiyini bildirir. Nəticədə koordinasiya, yaddaş və duyğuların idarə edilməsindən məsul olan hissələr zədələnir. Alkoqolun vurduğu ziyan, ondan tamamilə imtina edildikdən sonra da davam edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, son vaxtlara qədər etanolun qaraciyərdə parçalandığına və daha sonra əmələ gəlmiş toksik qalıqların qan dövranı ilə beyinə daxil olduğu hesab edilirdi. Tədqiqat müəllifləri etanolun qan dövranı və mərkəzi sinir sistemləri arasında yerləşən qan-beyin baryerini və fizioloji filterini keçərək, birbaşa beyinə düşdüyünü hesab edir. Etanolun orada duz-kristal məhsullarına çevrilərək, koordinasiyanın pozulmasına səbəb olur. Məlum olduğu kimi həftədə az miqdarda belə (140 qram) spirt içmək beynin işinə mənfi təsir göstərir. Alkoqol alüdəçilərinin beynində, eyni yaşda olan içməyənlərdən fərqli olaraq, qısa müddətli yaddaşın uzun müddətli yaddaşa keçməsində və ətraf mühitlə bağlı məlumatların təhlilinə məsul olan hissəsi pis işləyir. Sprtli içkilərin qəbulu yeniyetmələr üçün də olduqca təhlükəlidir. Bu, duyğu qavrayışlarına, motor əmrlərinin yerinə yetirilməsinə, şüurlu düşüncələrə və nitqə məsul olan hissəni kəskin zədələyərək, beynin ağ maddəsinin inkişafı yavaşlayır. Bütün bunlar düşünmə qabiliyyətini qat-qat azaldır.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

MY-nin sabiq kapitanı futbolçu karyerasını bitirdi

SONRAKI XƏBƏR

“Xarıbülbül” dünyaya sülh mesajıdır - VİDEO