Kolumbiya sakini lotoreyada 18.4 milyon dollar qazanıb

Kolumbiya sakini lotoreyada 18.4 milyon dollar qazanıb

Kolumbiya sakini lotoreyada 69.2 milyard peso mükafat qazanıb ki, bu da 18.4 milyon ABŞ dollarına bərabərdir.

Bu barədə lotoreyanın təşkilatçısı olan “Baloto Revancha” şirkətinin “Twitter” səhifəsində məlumat verilib.

Məlumata əsasən, şanslı qalib Manisales şəhər sakinidir.

Uduş məbləğinin lotoreyanın tarixində rekord göstərici olduğu bildirilib.

Mənbə: www.oxu.az