Ölkədə məktəblərin dezinfeksiya ediləcəyi tarix məlum oldu

Ölkədə məktəblərin dezinfeksiya ediləcəyi tarix məlum oldu

Məmmədov bildirib ki, dərslər başladıqdan sonra məktəblərdə həftə sonları dezinfeksiya tədbirləri həyata keçirilədək.

Azərbaycanda dərslərin başlanması ilə bağlı məktəblər dezinfeksiya olunacaq. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov bildirib. Onun sözlərinə görə, məktəblərin dezinfeksiyası onların ölçüsünə və şagird növbəliliyinə uyğun olaraq aparılır: "Bakıda bütün məktəblərin bizimlə müqaviləsi var. Müqaviləyə əsasən, məktəblər ayda bir neçə dəfə dezinfeksiya olunur. Məktəblər dərslərin başlanılmasına bir gün qalmış dezinfeksiya ediləcək".

A. Məmmədov bildirib ki, dərslər başladıqdan sonra məktəblərdə həftə sonları dezinfeksiya tədbirləri həyata keçirilədək. Mərkəz rəhbəri deyir ki, məktəblər bununla yanaşı cari dezinfeksiya işləri də aparmalıdırlar: "Məktəblər özləri də pandemiya dövründə cari dezinfeksiya işləri aparmalıdırlar. Mütləq qapıların, pəncərələrin əl tutan yerləri, pilləkənlərin sürahilərinin şagirdlərin əllə toxunduğu yerlər gündəlik dezinfeksiya edilməlidir. Biz məktəbləri şagirdlərin zəhərlənməməsi, allergiya olmaması üçün ancaq şənbə və bazar günləri dezinfeksiya edirik. Amma cari dezinfeksiyanın aparılması pandemiya davam etdiyi dövrdə mütləqdir".

A.Məmmədov bildirib ki, iki növbə fəaliyyət göstərən məktəblərdə cari dezinfeksiyanın aparılması hər növbədən sonra mütləqdir.

Mənbə: sputnik.az