44 günlük Zəfər müharibəsinin qəhrəmanları ilə görüş oldu (FOTOLAR)

44 günlük Zəfər müharibəsinin qəhrəmanları ilə görüş oldu (FOTOLAR)

Azərbaycan ordusu Qarabağda 44 gün ərzindəki zəfər müharibəsində qələbəmizin memarı oldu. Müharibə başlayan gündən Zəfər gününə qədər orduya dəstək aksiyalarında dövlətin yanında olan “Naxpro” MMC bu gün də şəhid ailələri, qazilərlə əlaqələri kəsmir, daima onları diqqətdə saxlayır.

12 may 2021-ci il tarixdə "NaxPro" MMC və "Redex Cargo"nun təşkilatçılığı ilə 44 günlük Vətən savaşında iştirak edərək şücaət göstərmiş 10 qazi ilə arxa cəbhədə əsgərlərimizə dəstək olanların iftar süfrəsində görüşü keçirilib.

Görüş zamanı iftar süfrəsi arxasında qazilər keçdikləri döyüş yolundan danışıb, gələcək nəsillərin, bundan sonra daha vətənpərvər, daha məğrur böyüyəcəklərini diqqətə çatdırıblar. Bu gün də Vətən üçün, torpaqlarımızın azadlığı və müdafiəsi üçün döyüşə hazır olduqlarını bildirən qazilər görüşün keçirilməsindən məmunluq hissi keçirdiklərini qeyd ediblər.

Görüşün təşkilatçılarından olan "NaxPro" MMC-nin təsisçisi Emin Tarverdiyev bildirib ki, bu tədbirimizi daha böyük tərkibdə etmək olardı. Lakin koronavirusdan qorunmaq üçün hələki bu görüşü təxirə salmalı olublar:

"Əsas məqsədimiz Vətən müharibəsində fərqlənən, torpaqlarımızın azad edilməsində şücaətlər göstərmiş qazilərimizin qəhrəmanlıqlarını təbliğ etmək, onların hər zaman dövlətimiz və xalqımız tərəfindən diqqət mərkəzində olduqlarını nəzərinizə çatdırmaqdır”.

Görüşün sonunda "NaxPro" MMC-nin təşkil etdiyi tədbirin sonunda sponsorlar "Redex Cargo", "Farma Şah" MMC, "Ordubad nemətləri" MMC , "Müasir Məkan" MMC, "Naxçıvan Məhsulları" PHŞ və "OBA" marketlər şəbəkəsi tərəfindən hazırlanan hədiyyələr, Hədəf Nəşriyyatı tərəfindən hazırlanmış “General Polad Həşimov xatirələrdə” və dosent Zaur Əliyevin “Erməni kilsəsi və terror” kitabları qazilərə təqdim olunub.

 

 

 

 

 

Mənbə: milliyol.az