Ramazan bayramı müxtəlif ölkələrdə

Ramazan bayramının dünyanın müxtəlif ölkələrində necə qeyd edildiyinə Sputnik Azərbaycan-ın hazırladığı fotolentdə baxa bilərsiniz.

Bu günlərdə dünya müsəlmanları Ramazan bayramını qeyd edirlər.

Koronavirus pandemiyasına görə hazırda dünyanın bir çox ölkəsində məscidlər bağlıdır və həmin dpvlətlərdə bayram namazı məscidlərdə deyil, evlərdə qılınıb. Lakin belə qadağaların olmadığı ölkələr də var.

İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və qonaq olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

Ramazan ayı aprelin 14-də başlamışdı.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

"İsrail-Fələstin məsələsində neytrallığı qorumalıyıq"

SONRAKI XƏBƏR

Tarixi zərurət! "Zəngəzur dəhlizinin açılması mütləq baş verəcək!”