Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1262 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 328 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 11 780 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 494, bu günə qədər isə ümumilikdə 3 368 394 test icra olunub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

DSX Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirdi

SONRAKI XƏBƏR

İcra başçısı bayram münasibətilə şəhid ailələrini ziyarət etdi