Şuşanın musiqi təntənəsi - VİDEO

Şuşanın musiqi təntənəsi - VİDEO

Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan Azərbaycanın dilbər güşələrindən olan Şuşanı bir müddət dağları qara dumanlı idi. İndi isə yenidən .....

Bəli, Şuşa düşmən əsarətindən qurtulub. Yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevrilib. Doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edir. Cıdır düzündə yenidən tar-kamanın səsi eşidilir. Bu bütün dünya azərbaycanlılarının arzusu idi, xüsusəndə şuşalıların.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və "Xarı bülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir.

"Xarı bülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.

REAL

 

Mənbə: www.realtv.az