Vətən müharibəsinin şəhidi II Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu dəfn edilib.

“Report”un məlumatına görə, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

11.08

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu dəfn edilir.

“Report”un məlumatına görə, şəhidin nəşi II Fəxri xiyabana gətirilib.

Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.

O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb.

Mayın 19-da doğulduğu Çadırlı kəndindəki ata ocağına gətirilən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb.

Allah rəhmət eləsin!

Vətən müharibəsində itkin düşən şəhidin nəşi doğulduğu Salyan rayonun gətirilib.

“Reprt”un Aran bürosu xəbər verir ki, Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu (MAXE), əsgər İbrahimov Təbriz İsmayıl oğlunun nəşi bu gün doğulduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilib.

Qeyd edək ki, Təbriz İbrahimov 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində doğulub. 2020-ci il sentyabrın 27-də Murovdağda gedən döyüşlərdə itkin düşüb. DNT analizindən sonra onun şəhadətə yüksəldiyi məlum olub.

Şəhid mayın 20-də Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Report.az

ƏVVƏLKİ XƏBƏR

Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)

SONRAKI XƏBƏR

Elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı