Uşaq evinin qəbul etmədiyi 7 aylıq körpədən YENİ XƏBƏR

Uşaq evinin qəbul etmədiyi 7 aylıq körpədən YENİ XƏBƏR

"7 aylıq körpə təcili yardım xidmətinin əməkdaşlarına təhvil verilib".

Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, uşaq xəstəxanada müayinə olunduqdan sonra körpələr evinə yerləşdiriləcək.

Xatırladaq ki, dünən saytımızda bu barədə məlumat verilib. K.Ağazadə bildirirdi ki, Keşlə qəsəbəsində yaşayan Nigar adlı qadının 4 uşağının 3-ü dərhal Sosial Xidmətlər Agentliyinin tabeçiliyində olan sosial sığınacağa yerləşdirilsə də, 7 aylıq körpəni Səhiyyə Nazirliyinin 1 saylı Körpələr evi qəbul etməyib.

Mövzu ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq 1 nömrəli Körpələr Evinin baş həkim əvəzi Simuzər Topçibaşova isə qeyd etmişdi ki, prosedur qaydaya uyğun olaraq, körpə tibbi arayışla, ya da müvafiq tibb müəssisəsində müayinə olunduqdan sonra Körpələr Evinə qəbul edilə bilər.

Mənbə: cebhe.info