Vuhan və “bilinməyən bilinməyənlər” - Virusun laboratoriyadan “qaçışı”...

Trampın “Çin virusu” deməsini bəyənməyənlər, Çin lideri Si Tsinpin ilə uzunmüddətli siysi hədəflərinə dayanaraq keçən həftə “Çin 15 ildə ABŞ-a sahib ola bilər”, deyən Baydenə inanırlar...

 

Ceyda Karan
“Birgün” qəzeti, Türkiyə, 7 iyun 2021-ci il

“Bir şeyin olmadığını bildirən xəbərlər həmişə məni maraqlandırır. Çünki məlum olduğu kimi, bizim bildiyimiz, ortada olan bir çox məsələlər var. Amma həmçinin, bilmədiyimiz məsələlər də var. Azad ölkələrin tarixlərinə baxdığımız zaman ən böyük çətinliklərin bu son kateqoriyada olduğunu görə bilərik”.

ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld tərəfindən 12 fevral 2002-ci il tarixində Müdafiə Nazirliyinin brifinqində İraqın kütləvi qırğın silahları və terror qrupları ilə əlaqələri barədə verilən suallara istifadə etdiyi bu cümlələr “bilinməyən bilinməyənlər” (unknown unknowns) qısaltması ilə tarixə düşdü.

Bu ifadələr 21-ci əsrdə “zeitgeist” tərifini izah edən “post-truth” (reallıqdan kənar) 2016-cı ildə Oksford lüğətinə girməsindən çox əvvəl məşhurlaşmış olmalı idilər. Lakin Amerikanın İraqı yalanlarla işğal və talan etməsinə dair böyük Amerika manipulyasiyasına işarə edən ciddi nəticələri əvəzinə, bu ifadələr lağa qoyuldu və unutduruldu.

Koronavirusun bilinməyənləri

Ramsfeld getmiş olsa da, onun məntiqi 20 il sonra yenidən ortaya çıxıb. Bu dəfə hədəf ABŞ-ın ən böyük rəqibi olan Çindir. Qlobal Covid-19 pandemiyası ilə 1,5 il sonunda “bilinməyən bilinməyənlər” yenidən koronavirusun mənşəyi üzərində cəmləşir.

Qərb mətbuatında xəbərlər Amerika kəşfiyyatının anonim məmurlarına əsaslanaraq yayılır. Əsas əhvalat belədir: “Virusun Çinin Vuhan laboratoriyasından sızdığına dair bir dəlil yoxdur. Ancaq şəffaflıq olmadan bu sızıntını istisna edə bilmərik”.

Əslində, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bunu keçən il demişdi. “Çin virusu”, “Vuhan virusu” deyirdi. Hətta ABŞ-ı BMT-yə bağlı olan Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) da çıxardı. Əlbəttə ki, nə etibarlı idi, nə də normal prosedur bilirdi. İndi isə “etibarlı də professional” Bayden adminstrasiyası var. Bayden ABŞ-ı ÜST-ə qaytarmaq və onu yenidən “nüfuzlu bir güc” halına gətirmək üçün işləməyə başlayarkən gördüyü işlər də “prosedura uyğun şəkildə” aparılır.

ABŞ, Avstraliya, Almaniya, Yaponiya, İngiltərə, Rusiya, Hollandiya, Qətər və Vyetnam mütəxəssislərindən ibarət olan elmi heyət bu ilin əvvəlində Çinə gedərək araşdırma aparıb. Xaricdən gələnləri karantinə almağı yaxşı bacaran Qərb ölkələri mütəxəssisləri özləri araşdırmalarından əvvəl karantinə alındıqları üçün ciddi şəkildə etiraz ediblər. Heyət, məşhur canlı heyvan bazarı və Vuhan Viroloji laboratoriyası da daxil olmaqla bütün işini tamamlayıb. Fevral ayında hesabatları yayımlanıb. Hesabatda sui-qəsd nəzəriyyələri istisna edilib və dəlillərin virusun yarasalarda və ya panqolinlərdə yarandığını, vasitəçi rol oynayan bir daşıyıcı heyvandan inkişaf etdiyi bildirilib. Təchizat zəncirini araşdırarkən izlənilməli olan heyvanlarla bağlı mümkün ipuclarını da tapdıqlarını bildiriblər. Laboratoriya sızıntısı ilə bağlı əlavə araşdırmalara ehtiyac olmadığı da qeyd olunub. Qeyd edilib ki, virusun 2019-cu ilin dekabrından əvvəl Vuhan şəhərində mövcud olduğuna dair heç bir dəlil yoxdur.

ÜST-ün baş direktoru Gebreyesus bu teoriyalarla məşğul olmaqdan çox, pandemiyaya diqqət yetirmək istəyib. Ancaq ən birinci Bayden adminstrasiyası və az sayda alim bu xəbərə etiraz etdiyi üçün virusun mənşəyi ilə bağlı bütün fərziyyələrin masada olduğunu izah etmək məcburiyyətində qalıb.

Laboratoriyadan qaçış nəzəriyyəsinə qayıtmaq

İki ay sonra 23 may tarixində “Wall Street” jurnalında “bilinən bilinməyənlər” ortaya atılıb. Qəzet ABŞ kəşfiyyatının anonim işçilərinə əsaslanaraq, SARS-CoV-2-nin “laboratoriya qaçışı” nəzəriyyəsini işə salıb. İddialara görə, Vuhan Virusologiya İnstitutunun üç mütəxəssisi 2019-cu ilin noyabrında mövsümi qripə bənzər bir şikayətlə xəstəxanaya yerləşdirilib.

ABŞ-ın əsas cərəyanı səfərbər olub və beləcə, ABŞ administrasiyasının yeni sübutlar aşkarladığı ilə bağlı bir-birinin ardınca şübhə doğuran məqalələr çıxıb. 25 mayda ABŞ səhiyyə katibi Xavier Bekrra da BMT-nin Ümumdünya Səhiyyə Assambleyasında şəffaf araşdırma tələb edirdi.

“Təzyiq altında qalan” Bayden isə 26 mayda açıqlama verib. Onsuz da o, çoxdan hərəkətə keçmişdi. Prezident hələ mart ayında milli təhlükəsizlik məsləhətçisi Ceyk Sullivana kəşfiyyat orqanlarının Covid-19-un mənşəyi ilə bağlı təhlillərini yeniləmək tapşırığını verib. Prezident “ABŞ kəşfiyyat orqanları iki mümkün ssenari üzərində fikir birliyi içindədirlər, lakin qəti bir nəticəyə gələ bilməyiblər”, deyib və 90 gün ərzində bir yeni hesabat istədiyini də əlavə edib.

İngilis kəşfiyyatı da ABŞ-ın köməyinə gəlib. İngilis mediası səfərbər edilib, çünki ingilis kəşfiyyatı virusun Çinin Vuhan laboratoriyasından sızdığına inanır. MI6-nın keçmiş rəisi Riçard Dirlov sübutların Çin tərəfindən böyük ehtimalla, məhv edildiyini irəli sürüb. Lakin hansı dəlillərə güvənməyinizin əhəmiyyəti yox idi. Keçən il Trampın qəribə hərəkətlərinə görə iddialar da ortadan qalxmışdı.

Belə bir kampaniyada mütləq şəkildə elm adamı olmalı idi. Onlar da çinli alimləri “tərsinə mühəndisliklə” virusu yarasalarda inkişaf etmiş kimi göstərməkdə və dəlilləri məhv etməkdə ittiham olunublar. 1 iyunda isə sırf bu dəfə ABŞ Qida və Dərman İdarəsinin (FDA) keçmiş rəhbəri Skott Qotlieb: “Əslində, bu tip laboratoriya sızıntıları hər zaman olur. ABŞ-da belə bəzi bədbəxtliklər yaşadıq”, deyib. Həmçinin, ABŞ-ın sosial media platforması olan Facebook daha əvvəl qorxunc teoriya olduğu üçün sildiyi paylaşımları, bu dəfə silməyəcəyini açıqlayıb. Facebook-un qadağa qoyduğu Tramp da bunu eşidən kimi tez ortaya çıxıb: “İndi hamı mənim Çin virusu deyərkən necə haqlı olduğumu qəbul edir”, deməsi mövzunu tamamlayan bir ironiyadır.

Çinlilərin işi çətindir

Çinlilər uçqun kimi böyüyən bu “zəka” kütləsini qarşılamağa çalışırlar. Alimlərin koronavirusla bağlı açıqlamalarının Vuhandan əvvəl İtaliya və İspaniyada araşdırılıb-araşdırı­lmadığını bilmirəm. Bir tərəfdən, Pekin ümidsiz şəkildə amerikalıları “elmə” dəvət edir. Digər tərəfdən isə 2019-cu ildə Şimali Virginia əyalətini darmadağın edən sirli tənəffüs xəstəliyi və Visconsin əyalətində e-siqaretlə əlaqəli bir xəstəliyin epidemiyaya çevrilməsi ilə bağlı açıqlamalar istəməklə bir addım da atmağa çalışır. Daha əvvəl bağlanmış Fort Detrikdəki məşhur ABŞ hərbi laboratoriyasının araşdırılmalı olduğunu da deyir

Əslində, internetdəki zərərli dezinformasiya kimi senzura qoyulmalı olan teoriyalardan rasional dəlillərin olduğu ciddi və inandırıcı ehtimala sürətlə keçən Amerika mediası qarşısında işlədi çox çətindir.

“WSJ” müxbiri

Bəs ABŞ-da bu dalğalanmanı başladan “WSJ” xəbərini yazan müxbir kimdir? 8 sentyabr 2002-ci ildə Səddamın nüvə silahı əldə etmə cəhdinə dair yalan məqaləni yazan Cudit Millerin həmmüəllifi Maykl R. Qordon. İraqın işğalına qədər gedən müddətdə bu hekayədən məşhur “göbələk buludu” istehsal edildi. Əlbəttə ki, İraqda kütləvi qırğın silahları tapılmadıqda, “NYT” 2004-cü ildə “yalan məlumat” tələsinə düşdüklərini elan etməli idi. İstehsal yeri isə keçmiş vitse-prezident Dik Çeninin ofisi idi.

Milleri etibarsız hala gətirən hadisə Qordona heç toxunmadı, Pentaqonun “hörmətli” müxbiri olmamağa davam etdi. Hətta 2014-cü ilin aprelində Maydan çevrilişi zamanı “aktiv rus əsgərlərinin” Donbasda olduğunu iddia edən başqa bir məqalə də yazdı. 4 gün sonra “NYT” Qordonun hesabatındakı iddiaları geri götürməli oldu.

Baydenin etibarlı halları

Trampın “Çin virusu” deməsini bəyənməyənlər Çin lideri Si Tsinpin ilə uzunmüddətli səyahətlərinə əsaslanaraq keçən həftə “Çin 15 ildə ABŞ-a sahib ola bilər” deyən Baydeni etibarlı sayırlar. Baydenə görə, Amerika Tanrının verdiyi haqları qorumaq üçün mövcud olan bir dövlətin varlığı sayəsində “misilsiz” və “yenilməz” bir şeydir.

Doğrudanmı belədir? Dövləti və mediası ilə ABŞ-ın Çinə qarşı üstünlüyü “bilinməyən bilinməyənlər” məntiqini tətbiq etməkdə olan çevikliyidir. Kapitalist aləmin insanlarına ÇKP kimi “şeytanlaşdırılacaq”­ bir təqdimat edilərkən, ən vacib məsələ şübhələri canlı tutmaqdır.

Qısaca, bəşəriyyətin başına gələn hər şeyin səbəbi yaddaşsızlıqdır. O məşhur ifadəni dəyişib, “dünya yaddaşı olanların əzab çəkdiyi bir yerdir” desək, daha çox yerinə düşər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA

Pia.az

ƏVVƏLKİ XƏBƏR

II Yelizavetanın sərvəti açıqlandı

SONRAKI XƏBƏR

Göründüyündən də böyük hadisə