II Yelizavetanın sərvəti açıqlandı

Ekspertlət Böyük Britaniya Kraliçası II Yelizavetanı ölkənin ən böyük əmlak agentliklərindən biri olan The Crown Estate ilə əlaqələndirirlər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Deutsche Welle” nəşri yayıb.

Mənbə yazır ki, bu agentlik Londonda və Birləşmiş Krallığın hər yerində əmlak satır, qalalar, kotteclər və ticarət mərkəzləri inşa edir.


Şirkət İngilis sahillərinin yarısından çoxuna sahibdir və bu da külək elektrik stansiyalarının qurulması və istismarı üçün müstəsna hüquqlar verir.

“The Crown Estate”in bütün gəlirləri hər il Britaniya hökumətinə təhvil verilir. Bunun da 25%-nin kral ailəsinin maliyyələşdirilməsinə ayrıldığı qeyd olunur. Britaniyadakı bu agentliklə II Yelizavetanın zəngin olduğu iddia edilir.

“The Crown Estate” həqiqətən Britaniya kraliçasına aiddirsə, o, Britaniyanın ən varlı adamlarından biridir. Ekspertlət şirkətin dəyərinin 17 milyard dollardan çox olduğunu deyirlər.
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Bakı-Quba yolunda qəza olub - FOTO

SONRAKI XƏBƏR

Vuhan və “bilinməyən bilinməyənlər” - Virusun laboratoriyadan “qaçışı”...