Çinli qadın kirpikləri ilə rekord qırdı

Çinli qadın kirpikləri ilə rekord qırdı

Çinli qadın uzanan kirpikləri ilə dünya rekordunu yeniləyib.

Publika.az xəbər verir ki, Çinin cənubundakı Çanqzou bölgəsində yaşayan You Jianzianın kirpiklərinin sürətlə uzanması elmi açıqlaması olmayan vəziyyət kimi xarakterizə olunur.

Kirpikləri 2016-cı ildə ilk dəfə 12,5 sm ölçülən qadın Ginnesin Rekordlar Kitabına düşmüşdü. 5 il sonra yenidən gündəmə gələn Jianzian öz rekordunu yeniləyib.

Onun kirpikləri 21 santimetrə çatıb.

Mənbə: publika.az