Kürdə batan şəxs xilas edildi

Kürdə batan şəxs xilas edildi

Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində bir nəfər batma təhlükəsi ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxs xilas edilib.

Mənbə: qafqazinfo.az