Nazirlik əlilliklə bağlı daha bir iddiaya aydınlıq gətirdi

Əlilliyin qiymətləndirilməsi qaydalarında 2015-ci ildə dəyişiklik aparıldığı, əlillik təyinatına əsas yaradan xəstəliklərin sayının azaldıldığı barədə yayılan məlumatlar tam əsassızdır.

Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Qeüyd edilib ki, əlilliyin qiymətləndirilməsi qaydalarında belə bir dəyişiklik, əlillik təyinatına əsas yaradan xəstəliklərin sayında heç bir azalma olmayıb:

“Əksinə, Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə əlilliyi olan şəxslərə daha bir qayğı kimi onlara, həmçinin müharibə əlillərinə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısına 23-ü əlavə edilib. Siyahıda həmin reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb. Onlara yüksək texnologiyalı protezlər, mühərrikli təkərli oturacaqlar və s. də verilməsi nəzərdə tutulub ki, bu sahədə ardıcıl işlər aparılır”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Qarabağ”ın hazırlıq planı bəlli olub

SONRAKI XƏBƏR

"WhatsApp" məxfiliyi qoruyan funksiyanı işə salacaq