Xaricdə təhsil alan həkimlərin etirazına Nazirlikdən REAKSİYA: “Problemin həlli üçün işçi qrupu yaradılıb”

Xarici ölkədə ixtisasartırmadan keçmiş həkimlər işə götürülmədiklərinə görə Səhiyyə Nazirliyinin qarşısında etiraz ediblər.

Onlar bildiriblər ki, ixtisasları üzrə imtahan verərək işləmək istəyirlər.

Məsələ barədə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, xaricdə diplomdan sonrakı tibbi təhsil alan vətəndaşların təhsilinin Azərbaycanda tanınmasının həlli gündəmdədir:

“Bir məsələni xüsusi qeyd etmək istərdim ki, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev işə başladığı ilk günlərdən bu problemin həlli üçün işçi qrupu yaradıb. Yaradılan işçi qrupuna xaricdə diplomdan sonrakı tibbi təhsil alanların təhsilinin Azərbaycanda tanınma mexanizminin işlənməsi tapşırılıb”.

“Xaricdə diplomdan sonrakı tibb təhsili alanların təhsilinin hüquqi qaydada tanınması mexanizmi yaxın zamanda hazır olacaq və bu qaydalar ictimaiyyətə çatdırılacaq”, - deyə o əlavə edib.

İlhamə Əbülfət

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ancelina Coli birinci ərinin evində - FOTO

SONRAKI XƏBƏR

Kəlbəcərdə şəhid olanlarla bağlı sərəncam