Ötən il Azərbaycanda COVİD-lə bağlı tullantıların miqdarı açıqlanıb

Ötən il Azərbaycanda COVİD-lə bağlı tullantıların miqdarı açıqlanıb

“Hər il olduğu kimi 2020-ci il ildə də tibbi tullantılarla bağlı uçotlar aparılıb”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov “Ekspert saatı”nda deyib.

O bildirib ki, ötən il respublika ərazisində 7 milyon kq tibbi tullantı formalaşıb: “Tibbi tullantılar dörd kateqoriyaya bölünür. Bunun içində COVID-lə bağlı olan tullantılar da mövcuddur, bu, 26 min kubmetr təşkil edib”.

 

Mənbə: apa.az