Anomal istilər gəlir - sonuncu belə istilik 60 il əvvəl yaşanıb

Anomal istilər gəlir - sonuncu belə istilik 60 il əvvəl yaşanıb

Həftənin sonuna kimi Rusiya paytaxtında anomal istilərin yaşanacağı xəbərdarlığı edilib.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, temperatur 34 dərəcəyə yüksələcək. İyunun 20-də isə maksimal temperatur baş verəcək.

Sonuncu dəfə belə istilik 1956-cı ildə qeydə alınıb.

Kamran Seyidov
Milli.Az

Mənbə: news.milli.az