Azərbaycanda bu sahədə çalışanlar 3 min manatdan çox maaş alır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda ən çox əməkhaqqı verilən sahə məlum olub.

Trend-in məlumatına görə, 2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3209,2 manat, qeyri neft-qaz sektorunda 670,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat olub.

 

 

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Deputat: Müttəfiqlik Bəyannaməsinin məhz Şuşada imzalanması Türkiyənin Qarabağ məsələsində mövqeyini bir daha göstərdi

SONRAKI XƏBƏR

Beş gənc benzin tökərək dayanacaqdakı 9 avtomobili yandırdı - VİDEO