Bakıda sürücü maşını yolun ortasında saxlayıb yatdı - TIXAC YARANDI - FOTO

Bakıda sürücü maşını yolun ortasında saxlayıb yatdı - TIXAC YARANDI - FOTO

Bakının Seyran Məmmədov küçəsində sürücünün avtomobili yolun hərəkət hissəsində saxlayaraq yatması tıxaca səbəb olub.

Bizim.Media xəbər verir ki, sürücünün fotosu sosial şəbəkələrdə də yayılıb.

Məlumata görə, "Khazar" markalı avtomobilin sürücüsü maşını yolun ortasında saxlayaraq rahat şəkildə yatıb. Digər sürücülər isə həmin ərazidə tıxacda qalıb. Həmin şəxsin taksi sürücüsü olduğu ehtimal edilir.



Mənbə: bizim.media