Goranboyda yolların  asfaltlaşdırılması davam edir

Goranboyda yolların  asfaltlaşdırılması davam edir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 mart 2020-ci il tarixli Sərəncamına əsasən, 30 min nəfər əhalinin istifadə etdiyi 8 kəndi birləşdirən 38 km Əlirzalı–Xan Qərvənd–Yeniyol-Təklə-AşağıBallıqaya-Səfikürd–Rəhimli-TapQaraqoyunlu yolunun tikintisi davam etdirilir.

 

Modern.az xəbər verir ki, yolun Əlirzalı, Xan Qərvənd, Yeniyol və Təklə hissələrində tikinti işləri başa çatdırılmış, hazırda Aşağı Ballıqaya, Nərimanlı, Zeynallı, Səfikürd, Rəhimli və Tap Qaraqoyunlu istiqamətlərində işlər davam etdirilir.

 

İcra başçısı Məhərrəm Quliyev Nərimanlı və Zeynallı kəndlərində aparılan işlərlə yerində tanış oldu.

Mənbə: modern.az