Vaksin nəticəsində insanlarda sonsuzluq yaranır? - HƏKİMDƏN AÇIQLAMA

Vaksin nəticəsində insanlarda sonsuzluq yaranır? - HƏKİMDƏN AÇIQLAMA

“Ölkədə hal-hazırda 4 vaksin qrupundan istifadə olunur. Bu vaksinlərin hər biri tam təhlükəsizdir. Həmçinin, bütün müayinə və yoxlanışlardan keçirilib”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Namiq Nəbiyev deyib.

Onun sözlərinə görə, artıq 6 aya yaxın müddətdir ki, vətəndaşlara vaksin tətbiq olunur: “Demək istəyirəm ki, heç bir təhlükəsi yoxdur. İstənilən qrupdan olan vaksini vətəndaşlarımız çox sərbəst şəkildə istifadə eliyə bilərlər və edirlər”.

Həkim sözlərinə belə davam edib: “Vaksin nəticəsində insanlarda sonsuzluq yaranması və digər mənfiliklərin baş verməsi kimi halların hamısı şaiyədir. Bunlara ciddi yanaşmaq düzgün deyil. İnsanlar vaksin vurdurmaqla bütün təhlükəsizlik məsələlərinə riayət etmiş və xəstəliyin dəf olmasında rol oynamış oluruq”.

 

Ayşən Vəli

Mənbə: sia.az