Jurnalistlər Cəbrayılda aparılan minatəmizləmə prosesini izləyiblər

Jurnalistlər Cəbrayılda aparılan minatəmizləmə prosesini izləyiblər

Media nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl rayonunun Quycaq və Şəybəy kəndlərində aparılan minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə prosesini izləyiblər.

APA-nın media-turda iştirak edən əməkdaşının verdiyi məlumata görə, jurnalistlərə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və Türkiyədən gələn mühəndis-istehkamçılar tərəfindən birgə aparılan təmizlənmə işləri haqda məlumat verilib.

Media nümayəndələri əl ilə, təlim itləri ilə, eyni zamanda Azərbaycan Ordusuna yeni daxil olmuş texniki avadanlıqlar vasitəsilə minatəmizləmə prosesini izləyiblər.

Media nümayəndələri bu gün, həmçinin Füzuli rayonunun işğaldana zad olunan ərazilərində aparılan minatəmizlənmə prosesi ilə tanış olacaqlar.

Mənbə: apa.az