40 ildir zirzəmisi təmizlənməyən binaya kanalizasiya suları da axıdılır - VİDEO

Sumqayıt şəhəri 10-cu mikrorayon 1 saylı binanın sakinləri illərdir zirzəmiyə axıdılan kanalizasiya sularından, min bir xəstəlik daşıyıcısı olan ağcaqanaqların çoxluğundan, liftlərinin bərbad vəziyyətdə olmasından şikayətlənirlər.

Sakinlər Baku TV-yə bildirib ki, bu binanın zirzəmisi 40 ildir təmizlənmir.

Binada vəziyyət olduqca acınacaqlıdır. Bunu çəkiliş apardığımız zaman da müşahidə etdik. Zirzəmidən qalxan üfunət iyindən ərazidə durmaq belə çətindir. Nəzərə alsaq ki, isti yay günləridir, vəziyyətin daha da ağırlaşacağını təsəvvür etmək heçdə çətin deyil.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Sumqayıt Sukanal İdarəsi ilə əlaqə saxlayıb, onları həmin binada yaranmış problemlə əyani şəkildə tanış olmağa dəvət etdik.

Adı çəkilən qurumun sahə rəisi dedi ki, bina problemli binalar siyahısına daxil edilib, vəziyyətdən xəbərləri var. Sakinlərin şikayəti iki gün ərzində öz həllini tapacaq.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bu hallar ictimai qınaq obyektinə çevrilmir – Aynur Sofiyeva erkən nikahlardan danışdı

SONRAKI XƏBƏR

Ermənistanda seçki təqibləri başladı: Vanetsyanın qərargahına basqın olub