Apteklərdə peyvənd mərkəzləri açılır?

Apteklərdə peyvənd mərkəzləri açılır?

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusla mübarizə barədə çıxış edəcək.

Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir. Bildirilir ki, vaksinləşmə prosesinin sürətlənməsi ilə əlaqədər bir çox yumşalmaların olacağı, o cümlədən bazar günü küçəyə çıxmaq qadağasının ləğv olunacağı gözlənilir. Həmçinin açıq havada maskasız gəzmək, daha çox yerdə, o cümlədən apteklərdə peyvənd mərkəzlərinin açılması da gündəmdədir.

Mütəxəssislər hesab edirlər ki, mövcud vəziyyətə uyğun olaraq müəyyən yumşalmalara getmək olar.

Mənbə: sherg.az