Paytaxt müəllimlərinin sayı açıqlandı

Paytaxt müəllimlərinin sayı açıqlandı

Paytaxtda 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. İdarə 2020-2021-ci tədris ili üzrə hesabında qeyd edib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 44 847, IX siniflərini 34 874, XI siniflərini 20 024, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər bitirib.

Mənbə: modern.az