Əgər Hindistan ştammı yayılsa... – Xəbərdarlıq

Əgər Hindistan ştammı yayılsa... – Xəbərdarlıq

Biz kollektiv immunitetə bir qədər yaxınıq. Mənəzərədə neqativ nəsə vəd etmir, amma tədbirli olmalıyıq.

Bu sözləri Axar.az-a professor Adil Qeybulla son günlər yoluxma sayında kəskin azalma ilə bağlı danışarkən deyib.

Professor bildirib ki, bu statistika hələ ki, son demək deyil:

“Dünyada “Deltaştamm”ın, “Hindistan ştammı”nın yayılması baş verir. Artıq ayrı-ayrı ölkələrdə həyəcan təbili çalınır. Hesab edirəm ki, bu ştamm dünyada geniş yayılsa, fərqli mənzərə ortaya çıxa bilər. Nə qədər ki, koronavirus pandemiyasına qarşı ÜST son çağırışı etməyib, hər şeyə hazır olmalıyıq. Yoxsa karantin qaydaları yenidən sərtləşə bilər”.

Mənbə: axar.az