Operativ Qərargahdan toylarla bağlı AÇIQLAMA: "Yaxın günlərdə..."

Azərbaycanda koronavirus infeksiyasının son günlər azalması səbəbindən xüsusi karantin rejimi çərçivəsində toyla bağlı məhdudiyyətin ləğv ediləcəyi gözlənilir.

BiG.AZ xəbər verir ki, dövlət qurumundakı mənbədən verilən məlumata görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxladıq.

"Bu barədə açıqlama verməyə hazır deyiləm. İndi məndə yaxın günlərdə brifinqin keçiriləcəyi və toylara icazənin verilməsi ilə bağlı məlumat yoxdur",-deyə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Səməd Seyidov verilmiş mina xəritələrinin 50 faizinin saxta olduğunu bildirdi - Zöhrabyan

SONRAKI XƏBƏR

Xırdalanda gül mağazasında qadınlar arasında kütləvi dava – Təfərrüat