Coğrafiya İnstitutu: Muğan düzündə yeraltı suların səviyyəsi risk yaradan səviyyəyə çatıb

Bu ilin may-iyun aylarında Muğan düzünün aqroekosistemlərinin tədqiqi məqsədi ilə əraziyə elmi ekspedisiya təşkil edilib.

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan APA-ya verilən xəbərə görə, ekspedisiya zamanı Muğan düzündə geniş yayılmış müxtəlif tipli aqroekosistemlərin formalaşma xüsusiyyətləri, dinamikası, onların idarə olunması öyrənilib. Kartoqrafik modelləşdirmə və iri miqyaslı (1:25 000, 1:100 000) tematik xəritələr tərtib olunub. Tərtib olunmuş xəritələrin və çöl tədqiqat materiallarının kameral təhlilindən məlum olub ki, son 50-70 il ərzində tədqiq olunan ərazidə yeraltı suların səviyyəsi əsas fon landşaftlarında 2-3 dəfə qalxıb və aqroekosistemlərin inkişafı üçün risk yaradan səviyyəyə çatıb. Problemlərin yaranmasında əsas səbəb bu dövrdə suvarma sularının düzgün idarə edilməməsi, müasir suvarma sistemlərinin tətbiq olunmamasıdır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Keçmiş arvadına küçənin ortasında ATƏŞ AÇDI- VİDEO

SONRAKI XƏBƏR

Uqandalı həkimlər koronavirus əleyhinə vaksin hazırladı