Qarabağdakı qələbənin Bakıdakı şahidi - türk mediası yazır - FOTOlar

Türkiyə mediası yazır ki, Azərbaycan təxminən 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını geri aldı. Milli. Az ensonhaber.com-a istinadən xəbər verir ki, "Türkiyənin də dəstəyi ilə qazanılan bu qələbə tarix səhnəsində tez-tez xatırlanacaq. Bu qələbəni nəsillərə miras qoymaq üçün Azərbaycan erməni əsgərlərinin Qarabağdakı itirdiklərini Bakıya daşıdı və bu qənimətləri nümayiş etdirərək Hərbi Qənimətlər Parkı qurdu.

Türkiyənin Çanaqqalasında olduğu kimi, burada da azərbaycanlılar qələbəni unutmamaq üçün parkı ziyarət edirlər. 5 hektar ərazini əhatə edən parkda Ermənistan ordusundan qənimət kimi ələ keçirilən hərbi texnikanın bir hissəsi nümayiş olunur. Parkda tanklar, hərbi maşınlar, topçu batareyaları, zenit raket sistemləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir.

Parkın daha bir diqqəti çəkən xüsusiyyəti parkdakı skamyaların sursat qutularından hazırlanmasıdır. Parkdakı ziyarətçilərin də marağına səbəb müharibə dövründə Ermənistana məxsus 350 tankdan məhv edilən 270 tankın nümayişidir.

Kamran Seyidov

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqləndi

SONRAKI XƏBƏR

İran səfiri: "Ölkəmizdən Qarabağa tikinti materialı gətirmək ucuz olacaq"