Kürdəmir rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

Kürdəmir rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

Kürdəmir rayon sakini İ.Məmmədovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mürtülü kənd sakini İ.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: azertag.az