Siyəzən şəhər sakininin həyətyanı sahəsindən 18 çətənə kolu aşkar edilərək götürülüb

Siyəzən şəhər sakininin həyətyanı sahəsindən 18 çətənə kolu aşkar edilərək götürülüb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Siyəzən şəhər sakini F.Məhərrəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 18 çətənə kolu aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Mənbə: azertag.az