Əvvəlki həyatımıza geri dönürük - Protezlə təmin olunan Qarabağ qaziləri (VİDEO)

Əvvəlki həyatımıza geri dönürük - Protezlə təmin olunan Qarabağ qaziləri (VİDEO)

Bakı. Trend:

Azərbaycanda Qarabağ müharibəsi qazilərinə dövlət qayğısı davam edir.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Vətən Müharibəsi qazilərinin növbəti qrupunu yüksək texnologiyalı protezlərlə təmin edib. Protezlər müharibə əlillərinə təqdim olunub.

Qarabağ qaziləri protezlərin keyfiyyətindən razı qaldıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, müasir protezlərlə demək olar ki, əvvəlki həyatlarına qayıdıblar. Qazilər protezlər vasitəsilə heç bir kömək və ya yardım olmadan rahat hərəkət etdiklərini deyiblər.

Vətən Mhüaribəsi iştirakçıları göstərilən bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər.

 

Qazilərin protezlərlə təminatı prosesi yaxın günlərdə də davam etdiriləcək.

Trend TV-nin geniş videoreportajını təqdim edirik:

 

Mənbə: az.trend.az