Peyvənd olunmayanların işləməsi qadağan ediləcək

Peyvənd olunmayanların işləməsi qadağan ediləcək

Rusiyada peyvənd olunmayanların işləməsinin qarşısını alacaq qanun üzərində işlənilir.

Olaylar.az xəbər verir ki, bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O bildirib ki, qanun COVID-19 əleyhinə peyvənd olmayan Rusiya vətəndaşlarının işləməsinin qarşısını alacaq və bu insanların işləmək imkanları məhdudlaşdırılacaq.

D. Peskov bu ayrıseçkiliyin qaçılmaz olduğunu vurğulayaraq peyvəndlənməyən və immunitet sertifikatı olmayan şəxslərin heç bir yerdə işləmək imkanlarının olmayacağını qeyd edib. O, peyvənd dozalarını qəbul etməyən şəxslərin ətrafdakı digər insanlar üçün potensial təhlükə yaratdığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, son günlərdə koronavirusa yoluxma hallarının artımından sonra Rusiya daxilində, xüsusən də Moskvada yeni tədbirlər görülüb. Belə ki, uşaq əyləncə mərkəzləri, park ərazilərində uşaqlar üçün ayrılmış yerlər, ticarət mərkəzlərindəki qidalanma zonaları və bu qəbildən olan məkanlar bağlı olaraq qalacaq. sfera

Mənbə: olaylar.az