Agentlik rəsmisindən azad edilmiş ərazilərdə yol infrastrukturu ilə bağlı AÇIQLAMA

İşğaldan azad edilən ərazilərdə yol infrastrukturu ilə bağlı 13 layihə təqdim edilib ki, onların da yarısı artıq qiymətləndirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov (ETSN) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O bildirib ki, həmin ərazilərdə elektrik enerjisi ilə bağlı məsələlər, sənayə parkları ilə bağlı müəyyən işlər görülməkdədir:

“Sırf yol infrastrukturu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 13 yol layihəsi daxil olub. Biz bu layihələrin demək olar ki, yarısının qiymətləndirilməsini aparmışıq. Əsas məqsəd ekoloji parametrlərə cavab verməsidir. Belə ki, yol infrastrukturu zamanı əsas diqqət edilən məsələ meşələrdir. Düşmən onsuz da bu ərazilərdə ekoloji yaşıllığı, flora-faunanı məhv edib. Bu səbəbdən biz hər bir layihəyə həssaslıqla yanaşırıq.

Yekun qərarda aidiyyəti orqanlarla da danışıqlar aparılacaq və məsələnin sosial tərəfi müzakirə ediləcək. Əgər yol təbiətə ziyan verəcək istiqamətdədirsə, ya ağacların köçürülməsi, ya da layihənin alternativ istiqamətlərə dəyişdirilməsi müzakirə edilə bilər. Əsas bu ərazilərdə normadan artıq yaşıllıqların salınmasına çalışılacaq”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya təklif hazırlayır: Aleksandr Novakın görüşü gözlənilir

SONRAKI XƏBƏR

DİN toy məclislərinə nəzarət qaydalarını AÇIQLADI