Hərbçilərimiz Türkiyədə təlimlərə başladı - Fotolar

Beynəlxalq “Anadolu qartalı – 2021” təlimləri başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərdə Azərbaycan, Qətər, Pakistan və NATO qüvvələri iştirak edir.

Təlimlər bütün iştirakçıların bilik, bacarıq və təcrübələrinin mübadiləsi və birgə hərəkata yönəlik təlim səviyyələrinin yüksəldilməsini hədəfləyir.

Qeyd edək ki, təlimlər Konyada keçirilir.



Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı müğənnilərin yeni toy qiymətləri - BİZİM SORĞU

SONRAKI XƏBƏR

Gürcüstanın turizmdən gəliri kəskin artıb