Bakıda neçə hektar yaşıllıq ərazi var? - AÇIQLAMA

Bu gün Bakının inzibati ərazisi 213 500 hektar sahəni əhatə edir ki, bunun da 11 588 hektarı yaşılıq açıq ərazilərdir. Bu isə 5,43 faiz deməkdir.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O bildirib ki, 2040-cı ilə qədər əlavə olaraq 9 762 hektar artırılması nəzərdə tutulur:

“Bu, çox böyük rəqəmdir. Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu məsələlərin həllinə nəzarəti həyata keçirəcək”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı müğənnilərin yeni toy qiymətləri - BİZİM SORĞU

SONRAKI XƏBƏR

Gürcüstanın turizmdən gəliri kəskin artıb