Gürcüstanda gecə saatlarında küçəyə çıxmaq qadağası ləğv edilir

Gürcüstanda gecə saatlarında küçəyə çıxmaq qadağası ləğv edilir

Gürcüstanda vətəndaşların gecə saatlarında küçələrə çıxmasına qoyulan qadağa 1 iyuldan etibarən ləğv olunacaq.

TASS agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat yayıb.

Qeyd edək ki, sözügedən qadağa 2020-ci ilin noyabr ayından etibarən koronovirusla mübarizə tədbirləri çərçivəsində qəbul edilmişdi.

İ.Qaribaşvili həmçinin əlavə edib ki, iyul ayının birindən küçədə maska ​​taxmaq artıq məcburi olmayacaq.

Mənbə: www.oxu.az