Misir "Sputnik V" peyvəndinin ilk partiyasını aldı

Misir "Sputnik V" peyvəndinin ilk partiyasını aldı

 

Eastnews.org-un verdiyi xəbərə görə, Misir Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin ilk partiyasını bu gün qəbul edib.

 

Bu barədə Misirin dərman vasitələrini alma idarəsi məlumat verib.

 

“Ölkənin koronavirusa qarşı peyvəndin almasını genişləndirmək işləri çərçivəsində bu gün səhər Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin ilk partiyasını Qahirə beynəlxalq hava limanında qəbul edib”, - deyə idarənin sosilal şəbəkə hesabında bildirilib.

 

Xatırladaq ki, Misirlə Rusiya arasında peyvəndin alınmasına dair razılıq mayda əldə edilib.

Mənbə: RİA

Mənbə: eastnews.org