Türkiyədə peyvənd olunanların sayı 30 milyonu keçib

Türkiyədə peyvənd olunanların sayı 30 milyonu keçib

Türkiyədə yeni növ koronavirusla mübarizə çərçivəsində tətbiq edilən birinci doza peyvənd olunanların ümumi sayı 30 milyonu ötüb.

Cebhe.info xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində (https://covid19asi.saglik.gov.tr) qeyd olunan məlumata görə, son 24 saat ərzində 5 809 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 550, ağır xəstələr isə 763 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 387 545 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, 49 358 nəfər isə həyatını itirib.

Əhməd
Cebhe.info

 

Mənbə: cebhe.info