Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini TƏYİN ETDİ

Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini  TƏYİN ETDİ

Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

Metbuat.az Unikal.org-a istinadən xəbər verir ki, nazir AzTU-da prorektor olan Abuzər Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib.

Qeyd edək ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir.

 

 

Mənbə: metbuat.az