8 medallı Nəvaimiz - VİDEO

8 medallı Nəvaimiz - VİDEO

Vətən Müharibəsi iştirakçısı, Qazi verilişimizin aparıcısı Nəvai Bayramov medallarla təltif olunması xəbərini belə aldı. Xidmətini studiyamızda, Qazilərin problemlərini işıqlandırmaqla davam etdirən Nəvai, prezident İlham Əliyevin sərəncamı ilə, Şuşanın, Qubadlının və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olundu. Bununla da aparıcı və baş leytenant Bayramovun medallarının sayı 8-ə çatdı.

Nəvai deyir ki, xidmətim hələ bitməyib. Səngərdə necə məsuliyyətli idimsə, studiyada da bir o qədər diqqətliyəm. Çünki bura, silahdaşlarımın problemlərini işıqlandırmaq üçün gəlmişəm.

Nəvai kimi qəhrəmanlarımızla eyni sırada dayanmaq qürurvericidir. İnformasiya müharibəsində sənə yeni zəfərlər arzu edirik.

Mənbə: www.realtv.az