Astaralı ziyalılar şəhid ailələrinin üzvləri və qazilərlə görüşüblər

Astaralı ziyalılar şəhid ailələrinin üzvləri və qazilərlə görüşüblər

Astaralı ziyalıların bir qrupu, rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, təhsil şöbəsi, gənclər və idman idarəsinin rəhbərləri şəhid ailələri və qazilərlə görüşüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Rəşad Eyvazovun, Elnur Əbdülovun, Tarif Cəfərzadənin, Pərvin Salmanzadənin, Samir Səmədovun, Orxan Babayevin, Rameş Zəkiyevin, Rövşən Ramazanovun ailə üzvləri və qazilər Raman Şüvünəliyev, Şəmistan Bağırov, Emil Baxşiyev, Şəmşir Həmdəmov ilə görüşən astaralı ziyalılar onların problemləri və qayğıları ilə maraqlanıb, istək və arzularını dinləyiblər.

Şəhid ailələrinin üzvləri və qazilər göstərilən diqqət və qayğıga görə dövlətimizin baçısına və görüş iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Mənbə: azertag.az