88 və 89 yaşlı Zərdab sakinlərinə peyvənd vurulub

88 və 89 yaşlı Zərdab sakinlərinə peyvənd vurulub

Respublikamızın hər yerində olduğu kimi Zərdab rayonunda da COVID-19 infeksiyasına qarşı əhalinin vaksinasiyası davam edir.

Rayon icra hakimiyyətindəki operativ qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günədək 18 yaşdan yuxarı rayon sakinlərinin 35 faizinə qədəri vaksinasiya olunub. Vətəndaşlar dünyanı cənginə alan bu təhlükəli virusa qarşı respublikamızda həyata keçirilən ardıçıl və məqsədyönlü tədbirlərdən razılıq edir, infeksiyanın sürətlə azalmasından, nəticədə karantin rejimi qaydalarının yumşaldılmasından, necə deyərlər, sevinirlər. Hazırda istər gənc olsun, istər yaşlı, hamı peyvənd olunmaqda maraqlıdır. Təsadüfi deyil ki, bu gün rayonun Gödəkqobu kənd sakinləri - 1932-ci il təvəllüdlü Meyxanım İbad qızı Əhədova və 1933-cü il təvəllüdlü İslam Əsgər oğlu Əhədov könüllü olaraq peyvənd olunublar. Onlara həkim nəzarəti altında vaksinasıya edilib və heç bir narahatçılıq olmayıb.

Mənbə: azertag.az