Bakıda qırmızı işıq qəzası - FOTO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

"Seat" markalı avtomobilin qadın sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman o, Əhməd bəy Ağaoğlu küçəsindən keçən "BMW" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində qadın xəsarət alıb. Hadisə yerinə polislər cəlb edilib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya tənəzzül edir? - Mübahisəli məsələdir

SONRAKI XƏBƏR

ABŞ yenə Türkiyəni sanksiyalarla hədələdi