Aİ ölkələri əhalisinin yarıdan çoxunun vaksinasiyası tamamlanıb

Avropa İttifaqı ölkərində iki doza vaksinlə təmin olunan şəxslərin sayı açıqlanıb.

TASS xəbər verir ki, artıq 187.7 milyon insanın vaksinasiyası başa çatıb ki, bu da birlik ölkələrinin yetkinlik yaşına çatmış əhalisinin 51.3%-nə bərabərdir.

Vaksinasiya səviyyəsinə görə, Aİ ölkələri arasında ilk yeri Malta (83.6%) tutur. Həmçinin, Macarıstan (65.1%) və İrlandiya (64.8%) da bu sahədə öncüllər sırasındadır.

Aİ-yə daxil olmayan köhnə qitə ölkələri arasında isə vaksinasiya üzrə lider İslandiyadır (82.6%).

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Kanada və Meksika ilə sərhədlərini avqustun 21-dək bağlı saxlayacaq

SONRAKI XƏBƏR

Tunis sahillərində 17 miqrant batıb